Elxan Əliquluzadə 12-ci yeri tutdu

elxan ve nicatnicat 1

Bizim üçün uğurlu gedən 27-ci Yay Universiadasında bu gün daha iki idmançımız körpücük üzərinə çıxacaq. Rusiyanın Kazan şəhərində keçirilən bu mötəbər turnirdə diqqətlərimiz iki çəki dərəcəsində olacaq. Kişilər arasında 77 kq çəki dərəcəsində Nicat Rəhimov, qadınlarda isə 69 kq çəki dərəcəsində Alyona Kiriyenko mübarizə aparacaq.

Bu gün ilk olaraq 77 kq çəki dərəcəsində Nicat Rəhimov medal qazanmağa çalışacaq.

Onun çıxışının nəticəsini operativ şəkildə sizə çatdıracağıq.elxan ve nicat

Bizim üçün uğurlu gedən 27-ci Yay Universiadasında bu gün daha üç idmançımız körpücük üzərinə çıxacaq. Rusiyanın Kazan şəhərində keçirilən bu mötəbər turnirdə diqqətlərimiz iki çəki dərəcəsində olacaq. Kişilər arasında 77 kq çəki dərəcəsində Nicat Rəhimov və Elxan Əliquluzadə, qadınlarda isə 69 kq çəki dərəcəsində Alyona Kiriyenko mübarizə aparacaq.

Bu gün ilk olaraq 77 kq çəki dərəcəsində Nicat Rəhimov və Elxan Əliquluzadə medal qazanmağa çalışacaqlar.

Birdən qaldırma hərəkətinə Elxan daha əvvəl start verib. O, əvvəlcə, 135 kq-lıq ştanqı başı üzərinə qaldırıb. Ancaq sonra sifariş verdiyi 140 kq-ı iki yanaşmada ram edə bilməyən Əliquluzadə, bu hərəkətdə 14-cü yeri tutub.

Nicat Rəhimov isə daha uğurlu çıxış edib. O, ilk olaraq 147 kq-ı sifariş verib və öhdəsindən gəlib. Növbəti çəki 152 kq olub. Rəhimov bu ştanqın öhdəsindən yalnız iki yanaşmada gələ bilib. Nəticədə Nicat bu hərəkətdə 5-ci yeri tutub.

Təkanla qaldırma hərəkəti idmançılarımız üçün uğursuz alındı. Elxan Əliquluzadə əvvəlcə 170, sonra isə 179 kq-ı ram etdi. Ancaq sonuncu yanaşmasında sifariş verdiyi 185 kq-ı qaldıra bilmədi.  Nəticədə Elxan bu hərəkətdə 11-ci yeri tutdu.

Toplamda isə 314 kq (135 kq + 179 kq) nəticə göstərən Əliquluzadə, yekun sıralamada 12-ci pillədə qərarlaşdı

Nicat Rəhimovun çıxışı isə daha uğursuz alındı. İdmançımız gözlənilmədən hər üç yanaşmasında ştanqı qaldıra bilmədi. İki yanaşmada 185 kq-a güc gələ bilməyən Rəhimov, üçüncüdə 190 kq sifariş verdi. Ancaq onu da qaldıra bilməyən Rəhimov həm təkanla qaldırmanı, həm də ümumilikdə yarışı nəticəsiz başa vurdu.elxan ve nicatnicat 1

Bizim üçün uğurlu gedən 27-ci Yay Universiadasında bu gün daha iki idmançımız körpücük üzərinə çıxacaq. Rusiyanın Kazan şəhərində keçirilən bu mötəbər turnirdə diqqətlərimiz iki çəki dərəcəsində olacaq. Kişilər arasında 77 kq çəki dərəcəsində Nicat Rəhimov, qadınlarda isə 69 kq çəki dərəcəsində Alyona Kiriyenko mübarizə aparacaq.

Bu gün ilk olaraq 77 kq çəki dərəcəsində Nicat Rəhimov medal qazanmağa çalışacaq.

Onun çıxışının nəticəsini operativ şəkildə sizə çatdıracağıq.

Paylaş
Şərh yaz