Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyində artıq iki idmançımızın medal qazandığı gün davam edir. Məhərrəmova Mərziyyə (48 kq) və İmanzadə Rüstəmdən (62 kq) sonra körpücüyə Əlizadə Gülçin çıxdı. Qazaxlı yeniyetmə qızımı yaşı 17-yə qədər olan idmançılar arasında 53 kq çəki dərəcəsində mübarizə apardı. Gülçin ilk dəfə çıxış etdiyi Avropa çempionatında bürünc medala sahib çıxdı.
Birdən qaldırma hərəkətinə Gülçin 67 kq-la başladı. O, bu çəkini yalnız iki yanaşmada başı üzərinə qaldıra bildi. bundan sonra sifariş verdiyi 70 kq-ı qaldıra bilməsə də, Əlizadə bu hərəkətdə üçüncü ola bildi.
Təkanla qaldırma hərəkətində də idmançımız eyni cür çıxış etdi. İlk olaraq sifariş verdiyi 83 kq-ı iki yanaşmada ram edən Əlizadə, sonuncu cəhddə 91 kq-a yaxınlaşdı. Bu çəkinin öhdəsindən gələcəyi halda, Gülçin həm bu hərəkətdə qızıl, həm də toplamda gümüş medala sahib çıxacaqdı. Ancaq ştanqı ram etmək mümkün olmadı. Buna baxmayaraq, Əlizadə bu hərəkətdə də üçüncü yeri tuta bildi.
Toplamda 150 kq ( 67 kq + 83 kq) nəticə göstərən qızımız Avropa birinciliyinin bürünc medalını qazandı.
Gülçinin ilk cəhddəcə əldə etdiyi bu uğur onun böyük gələcəyindən vəd verir. Gənc atletimiz gözəl çıxış edərək rəqiblərindən geri qalmadığını, növbəti yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə çıxmağa layiq olduğunu nümayiş etdirdi. Onu təbrik edir, uğurlarının davamının gəlməsini arzulayırıq.