İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan 3-cü İslam Oyunları davam edir. Bu gün kişi ağır atletlərimiz də medallar uğrunda mübarizəyə qoşulublar. İlk olaraq 62 kq çəki dərəcəsində Zülfüqar Süleymanov körpücük üzərinə çıxıb. O, komandamızın hesabına daha bir medal qazandırıb.
Zülfüqar birdən qaldırma hərəkətində 123 kq, təkanla qaldırma hərəkətində isə 156 kq çəkini başı üzərinə qaldırıb.
Toplamda 279 kq (123 kq + 156 kq) nəticə göstərən Süleymanov İslam Oyunlarının bürünc medalını qazanıb.
Təbrik edirik!