Əfqan Bayramov İslam Oyunlarında gümüş medal qazandı

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan 3-cü İslam Oyunları davam edir. Bu gün daha bir ağır atletimiz medal qazanaraq idmansevərləri sevindirib. 77 kq çəki dərəcəsində çıxış edən Əfqan Bayramov gümüş medala sahib çıxıb.

Atletimiz birdən qaldırma hərəkətin 138 kq, təkanla qaldırmada 182 kq-ı ram edib.

Toplamda 320 kq (138 kq + 182 kq) nəticə göstərən Əfqan Bayramov İslam Oyunlarının gümüş medalçısı adını qazanıb.

Paylaş
Şərh yaz