İslam Oyunlarında daha bir medal Namiq Cəmilovdan gəldi

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan 3-cü İslam Oyunları davam edir. Bu gün körpücük üzərinə iki ağır atletimiz çıxıb. Onlardan 77 kq çəki dərəcəsində çıxış edən Əfqan Bayramov gümüş medala sahib çıxıb. Daha sonra isə Namiq Cəmilov medallar uğrunda mübarizəyə qoşulub. O, 85 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətin 151 kq, təkanla qaldırmada 177 kq-ı ram edib.

Toplamda 328 kq (151 kq + 177 kq) nəticə göstərən Namiq Cəmilov İslam Oyunlarının bürünc medalına sahib çıxıb.

Təbrik edirik!

Paylaş
Şərh yaz