Bu ilin dekabr ayının 5-dən 8-dək Azərbaycanda Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Prix – II Beynəlxalq Bakı Kuboku keçiriləcək.
Beynəlxalq yarışda 62 kq və 69 kq çəki dərəcəsində kişilər, 53 kq və 58 kq çəki dərəcəsində isə qadınlar qüvvəsini sınayacaq.
IWF Qran-Prix – II Beynəlxalq Bakı Kubokunun təşkilat komitəsindən verilən məlumata əsasən, artıq Azərbaycan, Rusiya, İtaliya, Türkiyə, Macarıstan, Polşa, Bolqarıstan, Slovakiya, Serbiya, Ukrayna, Latviya, Qazaxıstan, Qırğızıstan, Rumıniya və Tacikistandan olan ağır atletlər Bakı Kubokunda iştirakını təsdiqləyib.
Yarışlar Ağır Atletika Akademiyasının İdman Mərkəzində keçiriləcək.