31 dekabr – Yeni il və Həmrəylik Gününüz mübarək!

2013-cü il Azərbaycan ağır atletikası üçün uğurlu il oldu. İdmançılarımız iştirak etdiyi dünya və Avropa səviyyəli turnirlərdən vətənə qalib və mükafatçı kimi qayıtdılar. Atletlərimiz ölkəmizin adını uca tutaraq, hər yerdə Azərbaycan himninin səslənməsini, bayrağımızın yüksəlməsini təmin etdilər. Bu gun ağır atletikamızın malik olduğu potensial inam yaradır ki, qarşıdan gələn 2014-cü ildə də atletlərimizin uğurlarının davamı gələcək.

Azərbaycan Ağır Atletika Federasiyası olaraq, Sizləri qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edir, idmançı sağlamlığı, ailə səadəti və xoşbəxtlik arzulayırıq!

Paylaş
Şərh yaz