56 kq çəki dərəcəsində çempionların adları məlumdur

27 fevral – 2 mart tarixlərində “Zirvə” İdman Klubunun AAAF Park Yaşayış Kompleksində yerləşən əsas yarış zalında Ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcəkdir.

Bu yarış 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunmuşdur. Qeyd edək ki, bu gün bu əlamətdar tarixin 10 ili tamam olur. 1995-ci il mart ayının 5-də Ulu öndər Heydər Əliyev Bakı idman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur. 5 mart tarixinin ölkəmizdə bədən tərbiyəsi və idman gününü Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamında öz əksini tapmışdır.

Bu birincilikdə idmançılar beynəlxalq qaydalara uyğun çəkilər üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Qızlar Sinkleyr cədvəli üzrə mütləq birincilikdə, 15 yaşa qədər (2000-2001-ci illər təvəllüdlü) oğlanlar 45, 50, 56, 62, 69, 77, 85 və 85 kq, 17 yaşa qədər (1998-1999-cu illər təvəllüdlü) oğlanlar isə 50, 56, 62, 69, 77, 85, 94 və +94 kq çəki dərəcələrində çıxış edəcəklər.

Yarışlara artıq start verilib. Həm yaşı 15-ə, həm də 17-yə qədər olan ağır atletlərin 56 kq çəki dərəcəsində mübarizəsinə son qoyulub. Nəticələrlə tanış olun:

Oğlanlar (15 yaşa qədər)

56 kq

N İdmançı Doğulduğu tarix Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Məlikzadə Ümid 2000 Abşeron 55.40 65 72 75 85 90 95 162
2. Mirzəyev Elsevər 2000 Lerik 51.40 70 74 74 86 160
3. Talıbov Cahangir 2001 Abşeron 52.65 65 70 70 83 87 87 152

Oğlanlar (17 yaşa qədər)

56 kq

N İdmançı Doğulduğu tarix Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Xəlilov Kənan 1999 Neftçala 55.85 88 92 95 105 110 110 205
2. Rzazadə Ruslan 1998 Lənkəran 54.41 85 89 90 105 110 115 200
3. Qədirov Əhməd 1998 Neftçala 55.60 75 80 83 100 105 107 187
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz