Atletlərimizin körpücüyə çıxma vaxtları məlumdur

Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarından çıxış edəcək ağır atletlərimizin yarışlarda nə vaxt körpücük üzərinə çıxacağı məlumdur. Azərbaycanın şərəfini qorumaq üçün ilk olaraq ən aşağı çəkidəki atletimiz Valentin Xristov mübarizəyə qoşulacaq. O, 56 kq çəki dərəcəsində bu həftənin bazar günü, Bakı vaxtıyla saat 23:00-dan etibarən idmansevərlərin qarşısında olacaq. Sizə milli komandamızın bütün üzvlərinin körpücük üzərinə çıxma vaxtını təqdim edirik.

Saatlar Bakı vaxtı ilə göstərilib.

29 iyul. Saat 23:00
Valentin Xristov (56 kq)

30 iyul. Saat 19:30.
Boyanka Kostova (58 kq)

31 iyul. Saat 23:00.
Əfqan Bayramov və Sərdar Həsənov (69 kq)

4 avqust. Saat 23:00.
İntiqam Zairov (94 kq)

7 avqust. Saat 23:00.
Veliçko Çolakov (+105 kq)

Qeyd: məşqçilər heyətinin qərarı səbəbindən vaxtlar dəyişə də bilər (idmançının qrupunun dəyişməsi və ya başqa idmançımızın körpücüyə çıxması). Bu baş verərsə, saytımız vasitəsilə bu haqda operativ məlumat ala biləcəksiniz.

Paylaş
Şərh yaz