Fəxri kürsüdə iki Azərbaycan atleti!

Dekabr ayının 5-dən 8-dək Azərbaycanda keçiriləcək Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Prix – II Beynəlxalq Bakı Kuboku davam edir. Artıq ilk qaliblərin adları da məlumdur. Sevindiricidir ki, fəxri kürsüyə çıxan üç idmançıdan ikisi Azərbaycanı təmsil edib.

53 kq çəki dərəcəsində mübarizə aparan qadınlarımızdan Kristina Yovu yarışların favoriti idi. İdmançıların çıxışları başa çatandan sonra məlum oldu ki, bu əbəs deyilmiş. Yovu toplamda 208 kq (95 kq + 113 kq) nəticə ilə Qran-Prinin qalibi adına layiq görüldü.

Bu çəkidə yarışan digər idmançımız – Yuliya Derkaç isə gözlənilmədən fəxr kürsünün ikinci pilləsinə qalxmağı bacarıb. Birdən qaldırma hərəkətində 4-cü olan atletimiz, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış etdi. Derkaç toplamda 192 kq (85 kq + 107 kq) nəticə ilə Qran-Prinin gümüş medalını qazandı.

Hər iki idmançımızı təbrik edirik!

Qadınlar (Women)

53 kq (53 kg).

A qrupu (Group A)

N

Adı (Name)

Doğum tarixi (Born)

Ölkə (Country)

Birdən qaldırma (Snatch)

Təkanla qaldırma (Clean and Jerk)

Toplam (Total)

Yer (Place)

1.

Paratova Iulia

07.11.1986

UKR (Ukrayna)

 88  102 190  3

2.

Payne Jaque Tiara

13.12.1987

USA (ABŞ)

 70  86  156  7

3.

Berchi Dana Alexandra

11.03.1990

ROU (Rumıniya)

 76  89  165  5

4.

İovu Cristina

08.11.1992

AZE (AZƏRBAYCAN)

95 

113 

 208

5.

Derkach Yuliya

22.06.1986

AZE (AZƏRBAYCAN)

 85  107  192  2

6.

İvanova Maya

05.06.1991

BUL (Bolqarıstan)

 77  96  173  4

7.

Mo Fengjiao

03.03.1993

CHN (Çin)

 88  –  –  –

8.

Yelisseyeva Margarita

20.07.1992

KAZ (Qazaxıstan)

 73  85  158  6
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz