Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyinə start verilib. Azərbaycan milli komandasından bu gün yarşı 15-ə qədər olan üç atlet körpücük üzərinə çıxıb. Əvvəlcə, Məlikzadə Ümid 45 kq çəki dərəcəsində 5-ci yeri tutub. Daha sonra 50 kq çəki dərəcəsində iki idmançımız – İsa Rüstəmov və Ruslan Rzazadə qüvvəsini sınayıb.
Rüstəmov İsa birdən qaldırma hərəkətində əvvəlcə 68, sonra 73 kq çəkini ram edib. Ancaq üçüncü yanaşmada 76 kq-ı başı üzərinə qaldıra bilməyib. Təkanla qaldırma hərəkətində isə gənc atletimiz yalnız ilk yanaşmasını uğurlu edib. O, 85 kq-ı qaldıra bilib. Sonra sifariş verdiyi 90 kq-ı isə növbəti iki cəhddə qaldıra bilməyib. Belədə, toplamda 158 kq (73 kq + 85 kq) nəticə göstərən İsa, Avropa birincliyinin ümumi sıralamasında 8-ci yeri tutub.
Rzazadə Ruslan isə daha yaxşı çıxış edib. Atletimizi medaldan cəmi iki kiloqram ayırıb. Rzazadə birdən qaldırma hərəkətinə 75 kq-la başlayıb və onu rahatlıqla başı üzərinə qaldırıb. Ancaq sonra sifariş verdiyi 80 kq-ı yalnız iki yanaşmada ram edə bilib.
Təkanla qaldırma hərəkətində Ruslan əvvəlcə 95 kq, sonra isə 98 kq-lıq ştanqı məharətlə qaldıraraq iddiasını ortaya qoyub. Ancaq 3-cü yanaşmada 101 kq-lıq sədd keçilməz olub. Rzazadə ştanqı başı üzərinə qaldırsa da, hakimlər bunu saymayıb.
Beləliklə, toplamda 178 kq (80 kq + 98 kq) nəticə göstərən Rzazadə Ruslan Avropa birinciliyində 5-ci yeri tutub. Təəssüflü məqam odur ki, atletimizi bürünc medaldan cəmi 2, gümüş medaldan isə 3 kq ayırıb. Sonuncu yanaşması uğurlu olsaydı, Rzazadə Avropanın gümüş medalçısı ola bilərdi.
Ancaq üzülməyə dəyməz. Bu yaşda Avropa 5-cisi olmaq özü də uğurdur. Nədənsə başlamaq lazımdır. Həm Ruslan, həm də İsa gələcəkdə daha yaxşı nəticələr qazanmağa potensiallarının olduğunu sübut etdilər.
Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyinə start verilib. Bu gün Azərbaycan milli komandasından yaşı 15-ə qədər olan üç atlet körpücük üzərinə çıxıb. Əvvəlcə, Məlikzadə Ümid 45 kq çəki dərəcəsində 5-ci yeri tutub. Daha sonra 50 kq çəki dərəcəsində iki idmançımız – İsa Rüstəmov və Ruslan Rzazadə qüvvəsini sınayıb.
Rüstəmov İsa birdən qaldırma hərəkətində əvvəlcə 68, sonra 73 kq çəkini ram edib. Ancaq üçüncü yanaşmada 76 kq-ı başı üzərinə qaldıra bilməyib. Təkanla qaldırma hərəkətində isə gənc atletimiz yalnız ilk yanaşmasını uğurlu edib. O, 85 kq-ı qaldıra bilib. Sonra sifariş verdiyi 90 kq-ı isə növbəti iki cəhddə qaldıra bilməyib. Toplamda 158 kq (73 kq + 85 kq) nəticə göstərən İsa, Avropa birincliyinin ümumi sıralamasında 8-ci yeri tutub.