10-11 mart tarixlərində İsmayıllı rayonunda keçirilən Ağır Atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı başa çatmışdır. 9 çəki dərəcəsində yüzə yaxın idmançının qatıldığı turnir maraqlı mübarizə şəraitində keçmişdir. Yarış İsmayıllı Rayon İdman Olimpiya Kompleksində yüksək səviyyəli təşkilatçılıq şəraitində baş tutmuşdur.
Açılış mərasimində Gənclər və İdman Nazirinin müavini, Ağır Atletika Federasiyanın I vitse-prezidenti İsmayıl İsmayılov giriş sözüylə çıxış edərək ölkəmizdə idmanın sürətli inkişaf etdiyini vurğulamış, dövlətimizin idmana qayğısının nəticəsində son illərdə böyük uğurlar qazanıldığını qeyd etmişdir. O, yarışın bütün iştirakçılara uğurlar arzulamış və onlardan qələbələrinin davamının beynəlxalq yarışlarda gələcəyinə ümid etdiyini bildirmişdir. Sonra yarışların rəsmi açılışı élan edilmişdir.
Azərbaycanın əksər bölgələrini təmsil edən idmançıların qatıldığı Azərbaycan çempionatında yarışlar iki gün davam etmiş, martın 10-da qadınlar, 56 kq, 62 kq, 69 kq və 77 kq çəki dərəcələrində, 11-də isə 85 kq, 94 kq, 105 kq və 105 kq-dan yuxarı çəkilərdə qalib və mükafatçılar müəyyənləşmişdir.
Nəticələri sizə təqdim edirik:
56 kq
1. Seyidov Məhəmməd (“Zirvə”) – 200 kq (toplam çəki)
2. Kazımov İlkin (“Təhsil”) – 193 kq
3. Abışov Allahyar (AZAL Təhsil) – 192 kq
62 kq
1. Nəbiyev Rauf (Gənclik AZAL) – 240 kq
2. Quliyev Sənan (“Zirvə”) – 216 kq
3. Əliquliyev Kənan (“Zirvə”) – 214 kq
69 kq
1. Quliyev Firudin (“Zirvə”) – 310 kq
2. Tağızadə Ceyhun (“Zirvə”) – 250 kq
3. Xəlilov Elvin (“Gənclik”) – 225 kq
77 kq
1. Həsənov Sərdar (“Neftçi AZAL”) – 341 kq
2. Bayramov Əfqan (“Neftçi AZAL”) – 325 kq
3. Rəhimov Nicat (“Neftçi AZAL”) – 320 kq
85 kq
1. Cəmilov Namiq (“AZAL Təhsil”) – 325 kq
2. Əliquluzadə Orxan (“Zirvə”) – 317 kq
3. İsmayılov Kamran (“Zirvə”) – 298 kq
94 kq
1. Nəbiyev Nailxan (“AZAL Gənclik”) – 365 kq
2. Məhərrəmov Ceyhun (“Təhsil”) – 289 kq
3. Hüseynov Mirhüseyn (“Zirvə”) – 278 kq
105 kq
1. Zairov İntiqam (“Neftçi AZAL”) – 377 kq
2. Fərəcov Əkbər (“AZAL”) – 330 kq
3. Əhmədov Xosrov (“Neftçi”) – 315 kq
+105 kq
1. Məmmədli Azər (“Zirvə”) – 322 kq
2. Əliyev Emil (“Zirvə”) – 305 kq
3. Əmrahov Vüsət (“Zirvə”) – 180 kq
Qadınlar (Sinkleyr cədvəli üzrə mütləq birincilik)
1. Yuliya Dovqal (“Spartak AZAL”)– 286 xal
2. Alyona Kiriyenko (“Spartak AZAL”) – 228 xal
3. Gülçin Əlizadə (“Zirvə”) – 171 xal