Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Ümumdünya Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanı qəbul edib.
Ümumdünya Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan rəhbərlik etdiyi Federasiyanın növbəti konqresinin Bakıda keçirilməsi barədə qərar qəbul olunduğunu dedi və bu konqresin əhəmiyyətini vurğuladı. Konqresdə 100-dən çox ölkənin təmsil olunacağını deyən Tomaş Ayan tədbirdən sonra 25 ölkədən olan idmançıların iştirakı ilə yarışların keçiriləcəyini də bildirdi.
Dövlətimizin başçısı Ümumdünya Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanla XXX London Yay Olimpiya Oyunları zamanı görüşünü məmnunluqla xatırladı. Prezident İlham Əliyev Ümumdünya Ağır Atletika Federasiyasının növbəti konqresinin Bakıda keçirilməsinin önəmini qeyd etdi.
Görüşdə Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən ağır atletikanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıldı, Azərbaycan idmançılarının nüfuzlu beynəlxalq yarışlarda əldə etdikləri uğurların önəmi qeyd olundu, ölkəmizin Ümumdünya Ağır Atletika Federasiyası ilə əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.