“Abşeron” mehmanxanasında təşkil olunan konqresə dünyanın 88 ölkəsindən 200-dək nümayəndə qatılıb.
Açılış mərasimində çıxış edən BAAF-nin prezidenti Tomaş Ayan cari ildə keçirilmiş London Yay Olimpiya Oyunlarında idmanın bu növünün uğurla təmsil olunduğunu bildirdi. Qeyd etdi ki, Olimpiya Oyunlarında 84 ölkədən 252 ağır atlet birincilik uğrunda mübarizə apardı. Bu idman növünü izləyən tamaşaçıların sayı isə digərlərindən çox olmuşdur. Həmçinin London Yay Olimpiya Oyunlarında 33 olimpiya, 11 dünya və 1 gənclər arasında dünya rekordu yenilənmişdir.
T.Ayan vurğuladı ki, iki gün davam edəcək konqresdə BAAF-nin nizamnaməsi və texniki qaydaları müzakirə olunacaq, idmanın bu növündə tətbiq olunacaq dəyişikliklər ətrafında fikir mübadiləsi aparılacaq və anti-dopinq siyasətinin təkmilləşdirilməsi istiqamətində mühazirələr dinləniləcəkdir.
2015-ci ildə keçiriləcək birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda təşkil olunması ilə bağlı qərarın qəbul edilməsinə görə xalqımızı təbrik edən BAAF-nin prezidenti idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətləri yüksək qiymətləndirdi.
Gənclər və idman naziri Azad Rəhimov London Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin idmanın bu növündə 1 bürünc medal qazandığını diqqətə çatdırdı və konqresin Bakıda təşkil olunmasının əhəmiyyətindən danışdı.
Nazir bildirdi ki, ölkəmiz mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir. Son iki ay Azərbaycanın idman həyatı üçün çox əlamətdar olub. Dünya Şahmat Federasiyası ilə imzalanmış müqavilələrə əsasən 2015-ci ildə şahmat üzrə dünya kuboku yarışları, bir il sonra isə Dünya Şahmat Olimpiadası Azərbaycanda keçiriləcəkdir. Cari il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə keçiriləcək birinci Avropa Olimpiya Oyunlarının Bakıda təşkil edilməsi haqqında qərar qəbul olunmuşdur. Bütün bunlar Azərbaycanın dünyada bir idman ölkəsinə çevrilməsindən xəbər verir.
Cari ildə ölkəmizdə 50 beynəlxalq yarışın təşkil olunduğunu diqqətə çatdıran A.Rəhimov Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışdı.
Gənclər və idman nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti İsmayıl İsmayılov idmançılarımızın qazandıqları nailiyyətlər barədə məlumat verdi. Qonaqları AAAF-nin prezidenti Cahangir Əsgərovun adından salamlayan İ.İsmayılov konqresdən sonra ölkəmizdə BAAF Qran-pri – Bakı Beynəlxalq kuboku yarışlarının keçiriləcəyini diqqətə çatdırdı. Vurğuladı ki, turnir yeni inşa olunmuş Ağır Atletika Mərkəzində təşkil olunacaqdır.
Sonra idmanın bu növünün inkişafına göstərdiyi xidmətlərə görə gənclər və idman naziri Azad Rəhimov, gənclər və idman nazirinin müavini, AAAF-nin vitse-prezidenti İsmayıl İsmayılov və AAAF-nin icraçı direktoru İsgəndər Əsgərov BAAF tərəfindən mükafatlandırıldılar.
Konqres dekabrın 13-də işini davam etdirəcəkdir.