Türkiyənin Antalya şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Valentin Xristov (56 kq) və Silviya Angelovanın (48 kq) əldə etdiyi uğurlu nəticələrdən sonra, bu gün daha iki idmançımız medallar uğrunda mübarizəyə qoşulacaq.
Qadınların yarışında Boyanka Kostova 53 kq çəki dərəcəsində qələbə qazanmağa çalışacaq. O, Bakı vaxtı ilə saat 19.30-da körpücük üzərinə çıxacaq.
Kişilərin mübarizəsində isə Əfqan Bayramov 69 kq çəki dərəcəsində Azərbaycanın şərəfini qoruyacaq. Onun yarışının başlama vaxtı Bakı vaxtı ilə saat 22.00-dır.
Hər iki idmançımıza uğurlar arzulayırıq!
Qeyd edək ki, hər iki atletimizin çıxışını anbaan saytımızda izləyə biləcəksiniz.