Əsasnamə

YARIŞIN ƏSASNAMƏSİNİ YÜKLƏMƏK ÜÇÜN BURAYA TIKLAYIN!
                  

“Təsdiq edirəm”                                                         “Təsdiq edirəm”

 

Azərbaycan Respublikasının gənclər və                Azərbaycan Ağır Atletika

idman nazirinin müavini                                           Federasiyasının vitse-prezidenti

 

 

 

________________ Mariana Vasileva                      _________________ Səbuhi Mehdizadə

 

“____”___________ 2022-ci il                                 “____”___________ 2022-ci il

 

 

 

Kişilər, qadınlar və veteranlar arasında Azərbaycan Kubokunun

Ə S A S N A M Ə S İ

  1. Məqsəd və vəzifələr

 

Yarışlar aşağıdakı məqsədlərlə keçirilir:

  • ağır atletika idman növünün Azərbaycan Respublikasında təbliği və inkişafı;
  • idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi;
  • ölkənin ağır atletika üzrə ən yaxşı idman təşkilatlarını müəyyən etmək;
  • ümidvericı ağır atletlərdən ibarət əsas, dəyişkən və ehtiyat qüvvələri müəyyən etmək;
  • ölkə kuboku yarışının ən yaxşı qadın və kişi idmançısını müəyyən etmək;
  • yeniyetmə və gənc idmançılara örnək olmaq məqsədilə veteran idmançıların iştirakını təmin etmək;
  • 2023-cü ildə keçiriləcək beynəlxalq səviyyəli yarışlara daha güclü veteran idmançıları seçmək;

 

 

2.   Yarışlara rəhbərlik

 

Yarışların təşkili və keçirilməsinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyası həyata keçirir. Yarışların keçirilməsinə bilavasitə rəhbərlik Ağır Atletika Federasiyasının Texniki Komitəsi tərəfindən təklif olunan hakimlər heyətinə həvalə olunur.

Yarışın direktoru, baş hakimi və baş katibi AAAF-ın Texniki Komitəsinin təklifi əsasında təsdiq olunur.

3.   Yarışların keçirilmə vaxtı və yeri

Kişilər, qadınlar və veteranlar arasında Azərbaycan Kuboku

  • Ağır Atletika Akademiyası, Bakı şəhəri
  • 21-23 dekabr 2022-ci il
  • Gəlmə günü – 20 dekabr 2022-ci

 

4.   İştirakçıların yarışlara buraxılma tələbləri

 

Ölkə kubokuna şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-in hazırkı əsasnamə üzrə təsdiq olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən idmançıları buraxılır.

Yarışda Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasının

ərazisində müvəqqəti yaşamaq üçün verilən icazə və onu təsdiq edən sənədi təqdim edən xarici vətəndaşlar iştirak edə bilərlər.

 

Hər hansı bir klubun xarici idmançısının müvəqqəti yaşayış hüququ yoxdursa, istisna olaraq yarışda müsabiqədənkənar iştirak edə bilər. O şərtlə ki, idmançının yaşı və yerinə yetirəcəyi ağırlıq hazırkı əsasnamədə qeyd olunan dərəcə tələblərinə uyğun gəlsin.

 

Veteran idmançılar yarışda iştirak etmək üçün aşağıdakı sənədləri yarışın baş katibinə təqdim etməlidirlər:

  • yarışa buraxılmaq haqqında veteran idmançının idman dispanserindən təsdiq olunmuş sifarişi;
  • sifariş yoxdursa, o halda veteran idmançının yarışa buraxılması haqqında təsdiqlənmiş həkim qeydi;
  • 55 (əlli beş) yaşdan yuxarı olan veteran idmançılar tərəfindən sifarişin verilməsi vacib deyil, onlar qeydiyyata alındığı vaxtda “Sağlamlığı və həyatı üçün şəxsi məsuliyyət daşıması” barədə ərizə formasını dolduracaqlar. Doldurulmuş ərizə forması yarışın baş katibinə təhvil verilməlidir.

 

Ölkə kubokunda iştirak edəcək hər bir idman təşkilatı aşağıda qeyd olunan sənədləri hakimlər heyətinə təqdim etməlidirlər:

  • sifariş;
  • idmançının şəkilli şəxsiyyət vəsiqəsi və ya;
  • şəkilsiz şəxsiyyət vəsiqəsi ilə birlikdə şəkilli arayış və ya;
  • doğum haqqında şəhadətnamə ilə birlikdə şəkilli arayış və ya;
  • ümumvətəndaşlıq pasportu və ya;
  • hərbçilər üçün hərbi

 

5.   Ölkə kubokunun keçirilmə qaydaları və proqramı

 

  • Ölkə kubokunda iştirak edəcək idmançıların minimal yaş həddi 15 yaşdır.
  • Ölkə kuboku uğrunda yarış şəxsi-komanda xarakteri daşıyır. Yarışda iştirak edən idmançıların ilkin yanaşmaları – kişilərdə II, qadınlarda isə III dərəcədən başlayır. Texniki cəhətdən hazırlıqlı olan ağır çəkili idmançılar qarşısında dərəcə tələbləri qoyulmur (96 kq, 102 kq, 109 kq, və +109 kq-dan yuxarı).
  • Veteran idmançılar istisna olmaqla.

 

Ölkə kuboku aşağıdakı çəki dərəcələri üzrə keçirilir:

– kişilər arasında: 55; 61; 67; 73; 81; 89; 96; 102; 109 və +109 kq çəki dərəcələri;

– qadınlar arasında: 45; 49; 55; 59; 64; 71; 76; 81; 87 və +87 kq çəki dərəcələri

 

Veteranlar arasında yarışda yaşı 35-dən (otuz beş) yuxarı olan veteran idmançılar iştirak edə bilərlər.

Veteran idmançılar üçün dərəcə tələbləri qoyulmur, lakin ilkin yanaşma üçün çəkilər Beynəlxalq Ağır Atletika Federasiyasının “Texniki yarış qaydaları”na uyğun gəlməlidir.

 

Kişi veteran idmançıların 11 yaş qrupu:

  • М-35 (35-39 yaş)
  • М-40 (40-44 yaş)
  • М-45 (45-49 yaş)
  • М-50 (50-54 yaş)
  • М-55 (55- 59 yaş)
  • М-60 (60-64 yaş)
  • М-65 (65-69 yaş)
  • М-70 (70-74 yaş)
  • М-75 (75-79 yaş)
  • М-80 (80-84 yaş)
  • М-85 (85-89 yaş )

 

  • Kişilər arasında yaş qrupu üçün təsdiq olunmuş çəki dərəcələri:

 

  • kişilər arasında: 55; 61; 67; 73; 81; 89; 96; 102; 109 və +109 kq.

 

 

Qadın veteran idmançıların 9 yaş qrupu:

 

– F-35 (35-39 yaş)

– F-40 (40-44 yaş)

– F-45 (45-49 yaş)

– F-50 (50-54 yaş)

– F-55 (55- 59 yaş)

– F-60 (60-64 yaş)

– F-65 (65-69 yaş)

– F-70 (70 yaş və yuxarı).

 

  • Qadınlar arasında yaş qrupu üçün təsdiq olunmuş çəki dərəcələri:

– qadınlar arasında: 45; 49; 55; 59; 64; 71; 76; 81; 87 və +87 kq

 

Yaş qrupuna aid olan veteran idmançılar doğum ilinə müvafiq olaraq müəyyən olunurlar.

 

  1. Qalib və mükafatçıların müəyyən olunması qaydaları

 

Hər çəki dərəcəsində qalib və mükafatçılar 2 (iki) hərəkətin (birdən və təkanla qaldırma) cəmi əsasında müəyyən edilirlər.

  • Azərbaycan Kubokunda komanda hesabında qalib və mükafatçılar hər komandada maksimum 10 kişi və 10 qadın olmaqla müəyyən olunacaqlar. Bir çəkidə 3 (üç) idmançının çıxış   etməsinə icazə verilir. Lakin komanda xallarının hesablanmasında bir çəki dərəcəsində eyni təşkilatın 3 (üç) idmançısı arasında ən çox xal toplayan 2-sinin (iki) nəticəsi qeydə alınacaqdır. Ən çox xal toplayan komanda qalib hesab olunur. Kişi və qadın komandalarının qalib və mükafatçıları ayrı-ayrılıqda yarışın kuboku ilə təltif olunacaqlar. Bundan başqa ölkə kuboku yarışının ən güclü kişi və qadın idmançısı müəyyən ediləcəkdir.

 

  • Veteran kişi və qadın idmançıları arasında mütləq qalib və mükafatçılar “Sinkler-Meloun” cədvəlinə əsasən müəyyən olunacaqlar. Qrupundan və yaşından asılı olmayaraq veteran idmançılar 1 (bir) qrupda çıxış edəcəklər (kişilər və qadınlar ayrı-ayrılıqda)

 

İdmançılara tutduğu yerlərə görə xallar beynəlxalq qaydalara uyğun olaraq hesablanır.

 

1 – 28 9 – 17
2 – 25 10 – 16
3 – 23 11 – 15
4 – 22 12 – 14
5 – 21 13 – 13
6 – 20 14 – 12
7 – 19 15 – 11
8 – 18 16 – 10 və s.

 

7.   Mükafatlandırma

 

Ölkə kubokunda çəki dərəcələri üzrə I, II və III yerləri tutan idmançılar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin diplomu və AAAF-ın medalları ilə təltif olunurlar.

Ölkə kubokunda I, II və III yerləri tutmuş kişi və qadın komandaları AAAF-ın kubokları ilə təltif olunurlar. Veteran idmançılar arasında qalib və mükafatçılar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin diplomu və AAAF-ın medalları ilə təltif olunurlar.

Ölkə kubokunda ən güclü kişi və qadın idmançılar AAAF-ın kuboku ilə təltif olunurlar.

Ölkə kubokunun qalib və mükafatçıları müvafiq qaydada dopinq nəzarətindən keçirlər.

 

8.      Sifarişlərin və iştirakçıların qəbul şərtləri

 

İlkin sifariş 05 dekabr 2022-ci il tarixindən gec olmayaraq AAAF-ın elektron poçt ünvanına – office@aaaf.az göndərilməlidir. Qeyd olunan tarixdə idman təşkilatları tərəfindən təqdim olunan sifarişlərə əsasən idmançıların ilkin siyahıları AAAF-ın rəsmi saytında (aaaf.az)  dərc olunacaqdır. Son sifarişlərin təsdiqi isə yarışa 1 (bir) gün qalmış keçiriləcək iclasda (onlayn qaydasında olması istisna deyil) həyata keçiriləcəkdir.

 

05 dekabr 2022-ci il tarixindən sonra göndərilən sifarişlərə baxılmayacaq.

 

Sifarişdə,

  • idmançının soyadı, adı, təvəllüdü, çəki dərəcəsi, hər hərəkətdə ilkin yanaşmalar;
  • idman nümayəndə heyətini ezam edən təşkilat tərəfindən sifarişin imza və dairəvi möhürlə təsdiqlənməsi;
  • sifarişin həkim tərəfindən imzası və dairəvi möhürü.

 

Ölkə kuboku yarışının təşkili, keçirilməsi, qalib və mükafatçıların təltif olunması Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən həyata keçirilir.

Qalan xərclər komandaları yarış yerinə ezam edən idman təşkilatlarının hesabına ödənilir.

 

Bu əsasnamə çağırış üçün əsas sayılır.