Polşanın Çexanov şəhərində keçirilən yeniyetmələr arasında 9-cu Avropa çempionatında daha bir idmançımız bu gün körpücük üzərinə çıxmışdır. “Zirvə” İdman Klubunun yetirməsi olan Ceyhun Tağızadə 69 kq çəki dərəcəsində mübarizə aparmışdır. Gənc idmançımız birdən qaldırmada 115 kq nəticə göstərərək 6-cı olub. Təkanla qaldırmada 140 kq çəkini başı üzərinə qaldıran ağıq atlet 8-ci nəticə göstərmişdir. Ancaq bu onun toplamda 6-cı yeri tutması üçün yetərli olmuşdur. 255 kq (115+140 kq) nəticə göstərən Ceyhun Tağızadənin çəkisində birinci yerə 289 kq (131+158 kq) çəkinin öhdəsindən gələn belaruslu İvan Klim çıxmışdır.