Dadaş Dadaşbəyli Avropa birinciliyinə gümüş medalla yekun vurdu

dadas dadasbeyli

Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyi başa çatdı. Azərbaycan milli komandasının son üzvü – Dadaş Dadaşbəyli məhz bu gün körpücük üzərinə çıxdı və uğur qazandı. O, yaşı 17-yə qədər olan idmançıların mübarizəsində, 94 kq çəki dərəcəsində çıxış edərək gümüş medala sahib çıxdı.

Qobustanlı atletimiz birdən qaldırmada hər üç yanaşmasını uğurla yerinə yetirdi. Əvvəlcə 142, sonra 147, sonda isə 151 kq-ı ram edən Dadaşbəyli, bu hərəkətdə ikinci yeri tutdu.

Dadaş təkanla qaldırma hərəkətinə də yaxşı başladı. O, ilk olaraq 170 kq-ı rahatlıqla ram etdi. Bu yanaşmayla atletimiz toplamda gümüş medalı özünə təmin etmişdi. Bununla kifayətlənməyən Dadaşbəyli, riskə gedərək ikinci yanaşmasında 10 kq artıq – 180 kq sifariş verdi. Ancaq bu çəkini ram edə bilmədi. Ruhdan düşməyən atletimiz daha 3 kq əlavə edərək təkanla qaldırma hərəkətində qələbə üçün körpücüyə çıxdı. Əsl xarakter nümayiş etdirən Dadaşbəyli, 183 kq-ı başı üzərinə qaldıraraq, bu hərəkətdə Avropanın ən yaxşısı oldu.

Toplamda 334 kq (151 kq + 183 kq) nəticə göstərən Dadaşbəyli Avropa birinciliyində gümüş medal qazandı. Onu bu münasibətlə təbrik edir, uğurlarının davamının gəlməsini arzulayırıq!

Əhsən, Dadaş!

dadas neticedadas dadasbeyli

dadas netice

Paylaş
Şərh yaz