Özbəkistanın Daşkənd şəhərində ağır atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında Dünya Birinciliyi başa çatır. Bir həftə ərzində milli komandamızın üzvləri müxtəlif çəkilərdə güclərini sınamaq şansları əldə etdilər. Bu gün son isə idmançımız – Dadaş Dadaşbəyli medallar uğrunda mübarizəyə qoşuldu. Gənc atletimiz sona qədər təslim olmayaraq əla yarış nümayiş etdirdi. Təəssüf ki, idmançımıza medala üçün azacıq bəxt çatmadı.
Birdən qaldırma hərəkətində Dadaşbəyli əvvəlcə 142 kq, daha sonra isə 146 kq-ı ram etdi. 150 kq-a güc gələ bilməyən Dadaş, bu hərəkətdə 4-cü oldu.
Təkanla qaldırma hərəkəti də təxminən eyni məcrada keçdi. Ilk sifariş verdiyi 172 kq-ı iki yanaşmada qaldırdı. Üçüncü yanaşmada 177 kq-ı ram edən idmançımız, bürünc medal uğrunda əsas rəqibi – iranlı Əmir Hüseyn Fəzlinin səhvə yol verməsinə ümid etməliydi. 178 kq sifariş verən Fəzli onun öhdəsindən gələrək özü 3-cü oldu, Dadaşbəylini də 4-cü pilləyə çəkdi.
Toplamda 323 kq (146 kq + 177 kq) nəticə göstərən Dadaşbəyli, yekun sıralamada 4-cü yeri tutdu.
Dadaş ötən il Slovakiyada keçirilən dünya çempionatında 85 kq-da çıxış etmiş, 260 kq-la “B” qrupunda 5-ci olmuşdu. Bunu nəzərə alsaq, gənc atletimizin hazırkı çıxışını böyük uğur kimi qiymətləndirmək olar. Dadaşbəylinin perspektivdə böyük turnirlərdə medallar uğrunda mübarizə aparmasına ümidlərimiz var.

Təkanla qaldırma hərəkəti də təxminən eyni məcrada keçdi. Ilk sifariş verdiyi 172 kq-ı iki yanaşmada qaldırdı. Üçüncü yanaşmada 177 kq-ı ram edən idmançımız, bürünc medal uğrunda əsas rəqibi – iranlı Əmir Hüseyn Fəzlinin səhvə yol verməsinə ümid etməli idi. 178 kq sifariş verən Fəzli onun öhdəsindən gələrək özü 3-cü oldu, Dadaşbəylini də 4-cü pilləyə çəkdi.