Dadaşbəyli 9-cu oldu

Bu gün daha bir yeniyetməmiz Rumıniyadakı Avropa çempionatında mübarizəyə qoşulub. 85 kq çəki dərəcəsindən yarışan Dadaş Dadaşbəyli körpücük üzərinə çıxıb. 15 yaşlı gənc ağırlıqqaldıranımızın çıxışı o qədər də uğurlu alınmayıb.

Birdən qaldırma hərəkətində ardıcıl olaraq 115 və 122 kq-ı ram edən Dadaşbəyli, 125kq-ı qaldıra bilməyib və bu hərəkətdə 9-cu olub.

Təkanla qaldırmada hər üç yanaşmasını uğurla yerinə yetirən Dadaş, 135 kq, 142 kq və 150 kq-lıq ştanqı başı üzərinə qaldırmağı bacarıb. Dadaşbəyli bu hərəkətdə də 9-cu yeri tutub.

Toplamda 272 kq (122 kq + 150 kq) nəticə göstərən atletimiz ümumi sıralamada da 9-cu pillədə qərarlaşıb.

Paylaş
Şərh yaz