Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyində daha bir atletimiz körpücük üzərinə çıxıb. Bu, “Zirvə” klubunun idmançısı Kənan Əliquliyevdir. Lənkəranlı gənc atlet yaşı 15-ə qədər olan idmançılar arasında 69 kq çəki dərəcəsində mübarizə apardı. O, gümüş medal qazanaraq bizləri sevindirdi.
Birdən qaldırma hərəkətinə Kənan 107 kq-ı uğurla ram etməklə start verdi. Sonra fiariş verdiyi 111 kq-ı isə yalnız iki yanaşmada qaldıra bilən Əliquliyev, bu hərəkətdə ikinci yeri tutdu.
Təkanla qaldırmada atletimiz əvvəlcə 131 kq-ı başı üzərinə qaldırdı. İkinci yanaşmasında 136 kq-a da güc gələn Kənan, son cəhdində 140 kq-ı ram etməyə çalışdı. Ancaq sona qədər mübarizə aparsa da, bu onda alınmadı. Buna baxmayaraq, 15 yaşlı ağırlıqqaldıranımız bu hərəkətdə də ikinci oldu.
Toplamda 247 kq (111 kq + 136 kq) nəticə göstərən Kənan Əliquliyev Avropa birinciliyinin gümüş medalına sahib çıxdı.
İstedadlı atletimizi qazandığı medal münasibətilə təbrik edirik. Avropa birincliyində qazanılan uğurun daha böyük miqyaslı yarışlarda davam etməsini arzulayırıq.
Əhsən, Kənan!