Daha iki qızımız qüvvəsini sınadı

daskend dc

Özbəkistanın paytaxtı Daşkənd şəhərində ağır atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında Dünya Birinciliyi davam edir. Bu gün daha iki idmançımız mübarizəyə qoşulub. Sona Məmmədova və Günel Əlizadə 63 kq çəki dərəcəsinin “B” qrupunda yarışıblar.

Birdən qaldırma hərəkətində hər iki gənc atletimiz yanaşmalarını uğurla yerinə yetiriblər. Maraqlıdır ki, hər iki idmançımız üç yanaşmasını da uğurla yerinə yetirib və eyni çəkiləri qaldırıblar. Sona və Günelin ikisi də 52, 55 və 58 kq-lıq ştanqları ram edə biliblər. Çəkisi bir qədər yüngül olan Məmmədova bu hərəkətdə 13-cü, Əlizadə isə 14-cü olub.

Təkanla qaldırma hərəkətində vəziyyət bir qədər dəyişib. Sona Məmmədova 60 və 63 kq-ı qaldırsa da, 66 kq-da yanaşması uğursuz olub. Əlizadə Günel isə 65 və 70 kq-a ram etdikdən sonra, 73 kq-da büdrəyib. Nəticədə bu hərəkətdə Günel 13-cü, Sona 14-cü olub.

Toplamda 128 kq-la (58 kq + 70 kq) Əlizadə 13-cü, 121 kq-la (58 kq + 63 kq) Məmmədova 14-cü yeri tutublar.

İdmançılarımızın yekun sıralamadakı yeri “A” qrupundakı yarışlar bitdikdən sonra məlum olacaq.

58 dc a

Paylaş
Şərh yaz