Slovakiyanın Koşitse şəhərində keçirilən yeniyetmələr arasında 3-cü dünya çempionatı davam edir. Bu gün iki idmançımız körpücük üzərinə çıxaraq qüvvələrini sınayıblar. 69 kq çəki dərəcəsində Ceyhun Tağızadə və Elxan Əliquluzadə bacarıqlarını nümayiş etdiriblər.
Birdən qaldırmada Ceyhun əvvəlcə 110 kq, sonra isə 117 kq çəkinin öhdəsindən rahatlıqla gəlib. Ancaq təəssüf ki, üçüncü yanaşmada 122 kq-ı ram etmək Tağızadəyə qismət olmayıb. Bu nəticə ilə Ceyhun birdən qaldırmada 9-cu yeri tutub.
Bu hərəkətdə Elxan Əliquluzadə ilk yanaşmasında 125 kq-ı qaldırıb. Sonrakı çəki olan 131 kq-ı yalnız iki cəhddə qaldıran gənc idmançımız, bu hərəkətdə 4-cü yeri tutub.
Təkanla qaldırma hərəkətində Ceyhun Tağızadə hər üç cəhdini uğurla yerinə yetirdi. O, növbə ilə 143, 148 və 151 kq-lı ştanqı başı üzərinə qaldıraraq, həm bu hərəkətdə, həm də toplamda 268 kq-la (117 kq + 151 kq) 8-ci yeri tutub.
Bir neçə gün əvvəl başa çatan Avropa çempionatında bürünc medal qazanan Elxan Əliquluzadə, bu dəfə medaldan cəmi bir neçə kiloqram uzaq qalıb.
“Zirvə” İdman Klubunun yetirməsi olan Elxan, sona qədər mübarizə aparsa da, istəyinə nail ola bilməyib. O, təkanla qaldırmada əvvəlcə 161 kq-ı qaldırıb. Daha sonar 167 kq sifariş verən idmançımız, bu çəkini növbəti iki cəhddə ram edə bilməyib.
Nəticədə toplamda 292 kq-la (131 kq + 161 kq) Əliquluzadə dünya çempionatında 4-cü yeri tutub. İdmançımızın son çəkini qaldırarkən axıra qədər mübarizə aparması tamaşaçıların xoşuna gəlib və Elxan çəkini qaldıra bilməsə də, alqışlanıb.
3-cü yerə 297 kq-la qazax Albert Linder, 2-ci yerə 298 kq-la rus Xetaq Xuqayev lazyiq görülüb.
Bu çəkidə 1-ci yeri isə iraqlı Kərrar Məhəmməd Kadhum qazanıb. 0, əvvəlcə birdən qaldırmada 143 kq nəticə göstərib ki, bu da yeniyetmələr arasında bu hərəkətdə dünya rekordu deməkdir. Bu rekord indiyə qədər 142 kq idi və onun müəllifi erməni Tiqran Martirosyan idi.
Təkanla qaldırmada 168 kq-a güc gələn Kərrar, toplamda 311 kq çəki toplayıb və daha bir dünya rekordunu yeniləyib. Bu nəticə albaniyalı atlet Erkand Gerimayın 310 kq olan rekordundan 1 kq çoxdur.
Maraqlıdır ki, iraqlı idmançı təkanla qaldırma hərəkətində rekordu yeniləyə bilməyib. Bu rekordun müəllifi isə azərbaycanlı Firudin Quliyevdir. “Zirvə” İdman Klubunun yetirməsi ötən il Buxarestdə 173 kq-ı qaldıraraq dünya rekordunu yeniləmişdi.