27 fevral – 2 mart tarixlərində “Zirvə” İdman Klubunun AAAF Park Yaşayış Kompleksində yerləşən əsas yarış zalında Ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcəkdir.
u yarış 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunmuşdur. Qeyd edək ki, bu gün bu əlamətdar tarixin 10 ili tamam olur. 1995-ci il mart ayının 5-də Ulu öndər Heydər Əliyev Bakı idman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur. 5 mart tarixinin ölkəmizdə bədən tərbiyəsi və idman gününü Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamında öz əksini tapmışdır.
Bu birincilikdə idmançılar beynəlxalq qaydalara uyğun çəkilər üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Qızlar Sinkleyr cədvəli üzrə mütləq birincilikdə, 15 yaşa qədər (2000-2001-ci illər təvəllüdlü) oğlanlar 45, 50, 56, 62, 69, 77, 85 və 85 kq, 17 yaşa qədər (1998-1999-cu illər təvəllüdlü) oğlanlar isə 50, 56, 62, 69, 77, 85, 94 və +94 kq çəki dərəcələrində çıxış edəcəklər.
Yarışlara artıq start verilib. Nəticələrlə operativ şəkildə sizə məlumat veriləcəkdir.
Oğlanlar (15 yaşa qədər)
45 kq
N | İdmançı | Doğulduğu tarix | Şəhər | Çəkisi | Birdən | Təkanla | Toplam | ||||
1. | Usubov Kamran | 2001 | Neftçala | 42.7 | 50 | 52 | 54 | 65 | 68 | 68 | 119 |
2. | Abuzərli Cəbrayıl | 2001 | Bakı | 43.8 | 51 | 53 | 55 | 62 | 65 | 65 | 117 |
3. | Muxtarlı Novruz | 2002 | Sumqayıt | 44.8 | 46 | 48 | 50 | 60 | 64 | – | 114 |