Çempionatda Azərbaycanı 8 idmançı təmsil etmişdir. Onlardan ikisi mükafatçılardır.
Azərbaycan yığmasının nümayəndəsi Boyanka Kostova 58 kiloqram çəki dərəcəsində iki hərəkətin cəmində 235 kq (105 + 130) qaldıraraq çempion olmuşdur. O, həmçinin birdən qaldırma və təkanla qaldırma hərəkətlərində iki kiçik qızıl medal qazanmışdır. Bundan öncə Kostova AVRO-2012 və AVRO-2015-də qələbə qazanmışdır.
İkinci mükafatçı təkanla qaldırma hərəkətində kiçik bürünc medal qazanan azərbaycanlı idmançı Elmar Əliyev (56 kq) olmuşdur. Qeyd etmək lazımdır ki, 136 kq-lıq ağırlığın öhdəsindən uğurla gəldikdən sonra Əliyev Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində şəhid olan azərbaycanlı əsgərlərin xatirəsinə hörmət əlaməti olaraq hərbi salam vermişdir.
Nailxan Nəbiyev (94 kq) iki hərəkətin cəmində 366 kq (163 + 203) qaldıraraq 7-ci yeri tutmuşdur.
Elnurə Abbasova iki hərəkətin cəmində 181 kq (79 + 102) qaldıraraq 15-ci yeri tutmuşdur.
Azərbaycan idmançısı Azər Məmmədli (+105 kq) iki hərəkətin cəmində 360 kq (155 + 205) qaldıraraq 14-cü yeri tutmuşdur.