Firudin Quliyev dünya və Avropa rekordunu yenilədi! (FOTOLAR)

Oktyabrın 16-28-i arasında Polşanın Vrotslav şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Dünya Çempionatı davam edir. Bu gün Azərbaycan milli komandasının sonuncu üzvü – 19 yaşlı Firudin Quliyev körpücük üzərinə çıxıb. O, böyüklər arasında dünya çempionatında debüt edib. Gənc atletimiz 69 kq çəki dərəcəsində mübarizə aparıb və əla çıxış edib.

Firudin birdən qaldırma hərəkətində əvvəlcə 140 kq-ı ram edib. Sonra o 143 kq-ı sifariş verib ki, bu da onun bu hərəkətdəki şəxsi rekordu idi. İkinci yanaşmada bu çəkiyə güc gələ bilməyən Quliyev, üçüncü yanaşmada istəyinə çatıb. O, 143 kq-la bu hərəkətdə 8-ci yeri tutub.

Quliyevin təkanla qaldırma hərəkəti isə fantastik alındı. Gənc atlet ilk yanaşmasında 185 kq sifariş verdi və onu uğurla yerinə yetirdi. Sonra Firudin 194 kq sifarış verdi ki, bu da çox vacib nəticə idi. Çünki bu, Liao Huya məxsus gənclər arasında dünya rekordundan (190 kq) 4 kq artıq çəki demək idi. Bununla yanaşı, 194 kq-ı qaldırmaqla Firudin həm də təkanla qaldırmada rumın atlet Razvan Martinə məxsus gənclər arasında Avropa rekordunu (189 kq) da 5 kq yeniləyəcəkdi. İlk yanaşması uğursuz olsa da, Quliyev sonuncu cəhdində bu ştanqın öhdəsindən gəldi. Firudinin bu çəkini qaldırmaq üçün necə böyük əzmkarlıq göstərdiyi izləməyə dəyərdi. Beləliklə, 194 kq-la Quliyev təkanla qaldırma hərəkətində gümüş medal qazandı.

Toplamda 337 kq (143 kq + 194 kq) nəticə göstərən Firudin Quliyev ümumi sıralamada bürünc medal qazandı.

Təbrik edirik!

son netice f

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action

Paylaş
Şərh yaz