Qvatemalanın Antiqua şəhərində gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir. Bu gün səhər saatlarında milli komandamızın bir üzvü körpücük üzərinə çıxıb. 69 kq çəki dərəcəsində Firudin Quliyev mübarizə aparıb.
İdmançımız birdən qaldırma hərəkətində uğursuz çıxış edib. İlk cəhdində 130 kq-ı başı üzərinə qaldıran Firudin, daha sonra sifariş verdiyi 134 kq-ın öhdəsindən iki yanaşmada gələ bilməyib. Bu nəticə idmançımıza yalnız 11-c1 olmaq imkanı verib.
Təkanla qaldırma hərəkəti isə uğurlu alınıb. Əvvəlcə 171 kq, sonra isə 176 kq-ın öhdəsindən gələn Firudin, son yanaşmasında 181 kq-ı qaldıra bilməyib. Buna baxmayaraq, o, təkanla qaldırmada dünya çempionatının gümüş medalını əldə edib.
Toplamda 306 kq (130 kq + 176 kq) nəticə göstərən Firudin ümumi sırlamada 5-ci pilləni tutub.
Firudin Quliyev.
Gənclər arasında dünya çempionatı.
69 kq çəki dərəcəsi.
Birdən qaldırma
1-ci yanaşma – 130 kq (cəhd uğurlu olub)
2-ci yanaşma – 134 kq (cəhd uğursuz olub)
3-cü yanaşma – 134 kq (cəhd uğursuz olub)
Bu hərəkətdə tutduğu yer – 11-Cİ YER
Təkanla qaldırma
1-ci yanaşma – 171 kq (cəhd uğurlu olub)
2-ci yanaşma – 176 kq (cəhd uğurlu olub)
3-cü yanaşma – 181 kq (cəhd uğursuz olub)
Bu hərəkətdə tutduğu yer – 2-Cİ YER (GÜMÜŞ MEDAL)
Toplamda tutduğu yer – 5-Cİ YER
69 kq | Idmançının adı | Doğulduğu il | Milliyyəti | Çəkisi | Qrup | Birdən | Təkanla | Toplam |
1 | VU Çao | 19.01.1992 | CHN | 68.49 | A | 152 | 190 | 342 |
2 | SU Yinq | 02.01.1994 | CHN | 68.35 | A | 150 | 170 | 320 |
3 | PIPA Artiom | 19.07.1992 | MDA | 68.78 | A | 138 | 173 | 311 |
4 | İSMAYILOV Daniyar | 03.02.1992 | TKM | 67.33 | B | 145 | 165 | 310 |
5 | QULIYEV Firudin | 25.06.1994 | AZE | 67.94 | A | 130 | 176 | 306 |
6 | BEJENARIU KARP Florin Katalin | 15.01.1994 | ROU | 68.89 | A | 137 | 168 | 305 |
7 | BEYTULA Yunder | 09.01.1992 | BUL | 68.81 | A | 137 | 167 | 304 |
8 | MARKEZ Ediel | 13.11.1993 | CUB | 67.40 | B | 140 | 162 | 302 |
9 | MENA MORENO Jose Qavino | 08.03.1994 | COL | 68.30 | B | 133 | 165 | 298 |
10 | KARAPETYAN Andranik | 15.12.1995 | ARM | 67.20 | A | 136 | 160 | 296 |