Yeniyetmə idmançılarımız Peruya yollandı

 

Mayın 10-da Perunun paytaxtı Limada ağır atletika üzrə yeniyetmələr arasında dünya çempionatına start veriləcək. Bu yarışda Azərbaycanı 3 idmançıdan ibarət yığmamız təmsil edəcək.

Baş məşqçi Nizami Paşayevin rəhbərlik etdiyi yığmanın heyətində podiuma Allahyar Abışov, Tofiq Allahverdiyev, Mirhüseyn Hüseynov çıxacaqlar.

Paylaş
Şərh yaz