Günə Şərifov Elşad yekun vurdu

sherifov elshad

Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyində daha bir yarış günü arxada qaldı. Körpücük üzərinə çıxan dörd atletimizdən sonuncusu Şərifov Elşad oldu. Şamaxılı atlet yaşı 17-yə qədər olan idmançılar arasında 69 kq çəki dərəcəsində mübarizə apardı.

Birdən qaldırma hərəkətində atletimiz hər üç yanaşmasını uğurlar yerinə yetirib. O, ardıcıl olaraq 105, 110 və 113 kq-lıq ştanqları başı üzərinə qaldırıb.

Təkanla qaldırma hərəkətində də eyni hal yaşanıb. Elşad əvvəlcə 125, sonra 133, sonda isə 136 kq-ı ram edə bilib. Bir atlet üçün bu, yaxşı göstəricidir.

Toplamda 249 kq (113 kq + 136 kq) nəticə göstərən Elşad Şərifov ümumi sıralamada 6-cı yerə sahib çıxıb.

serifov elsad netice

Paylaş
Şərh yaz