Parisdə ağır atletika üzrə kişilər arasında 79-cu, qadınlar arasında 22-ci dünya çempionatında daha bir idmançımız yarışlara qatılıb. İntiqam Zairov 94 kq çəki dərəcəsində “B” qrupunda çıxış edib. Milli komandamızın üzvü uğurlu nəticə göstərib.
İntiqam Zairov həm birdə, həm də də təkanla qaldırmada bütün rəqiblərini üstələyib.
O, birdən qaldırmada əvvəlcə 177 kq-ı başı üzərinə qaldırıb. Sonra 182 kq-ı sifariş versə də, iki cəhddə onu qaldıra bilməyib. Buna baxmayaraq Zairov bu hərəkətdə birinci yeri tutub.
Təkanla qaldırmada əvvəlcə 210, daha sonra 215 kq-ı qaldıran İntiqam, 221 kq-a güc gələ bilməyib. Ancaq o bu hərəkətdə də birinci yeri tuta bilib.
Toplamda 392 kq nəticə göstərən İntiqam Zairov “B” qrupunda birinci yerə layiq görülüb.
94 kq çəki dərəcəsi, B qrupu
Intiqam Zairov
Birdən qaldırma – 177 kq
Bu hərəkətdə tutduğu yer – 1
1. 177 kq – cəhd uğurlu oldu
2. 182 kq – cəhd uğursuz oldu
3. 182 kq – cəhd uğursuz oldu
Təkanla qaldırma – 215 kq
Bu hərəkətdə tutduğu yer – 1
1. 210 kq – cəhd uğurlu oldu
2. 215 kq – cəhd uğurlu oldu
3. 221 kq – cəhd uğursuz oldu
Toplam göstəricisi – 392 kq (177 kq + 215 kq)
Yekunda tutduğu yer – 1