Dünən Böyük Britaniyanın paytaxtı London şəhərində 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi test turnirinə start verilib. Bu yarışda iştirak edən iki idmançımızdan biri – İntiqam Zairov 94 kq çəki dərəcəsində mübarizəyə qatılıb.
Ağır atletimiz böyük uğurla çıxış edərək qızıl medal qazanıb. İntiqam Zairov güclü rəqiblərini inamla məğlub edib.
İdmançımız birdən qaldırmada 171 kq çəkini qaldıraraq bu hərəkətdə birinci olub. Zairov təkanla qaldırmada 206 kq çəkini ram edib. Bu çəki qızıl medal üçün yetərli olduğundan idmançımız üçüncü cəhddən imtina edib.
Toplamda 377 kq nəticə göstərən idmançımız test yarışlarının qalibi adını qazanıb.
Təbrik edirik!
Kişilər, 94 kq.
1. ZAİROV İNTIQAM (AZƏRBAYCAN) – 377 kq (171 kq + 206 kq)
2. Li Binq (Çin) – 362 kq
3. Matam David (Fransa) – 355 kq