İntiqam Zairov Avropa çempionudur!

intiqam zairov

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kişilər və qadınlar arasında Avropa çempionatı bitmək üzrədir. Milli komandamızın üzvlərindən son olaraq körpücük üzərinə İntiqam Zairov çıxdı. O, 94 kq çəki dərəcəsində mübarizə apardı. İdmançımız qızıl medala əsas namizədlərdən idi. Sonda hər şey məhz biz istəyən kimi oldu.

Birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirən İntiqam Zairov elə startdaca bütün rəqiblərini susdurdu. Əvvəlcə 173, sonra 177, son yanaşmasında isə 180 kq-ı ram edən atletimiz, şəksiz liderliyi ələ keçirdi. Onun ən yaxın izləyicisi – Rinat Kireyevi birdən-birə 7 kq qabaqlaması fantastik nəticəydi. Üstəlik, şəxsi çəkisi rəqibindən az olan İntiqam, rus atleti lap pis vəziyyətdə qoymuşdu. Çünki Kireyev qızıl medal qazanmaq üçün Zairovun nəticəsindən ən azı 8 kq artıq çəkini ram etməliydi. Bu isə demək olar ki, mümkün deyil.

Təkanla qaldırma hərəkəti də idmançımız üçün uğurlu keçdi. O, ilk olaraq 210 kq-ın öhdəsindən gələrək, əsas rəqibini düz 9 kq qabaqladı. İkinci yanaşmada 215, daha sonra isə 216 kq-ı qaldıran Zairov təkanla qaldırmada da qızıl medal qazandı.

Beləliklə, İntiqam Zairov toplamda 396 kq (180 kq + 216 kq) nəticə göstərək Avropa çempionu adını qazandı. Təbrik edirik!

Ötən il Antalyadakı Avropa çempionatında bəxtsizlik yaşayan atletimiz, bunun əvəzini artıqlamasıyla çıxa bildi. Əzmkar, döyüşkən xasiyyətini dəfələrlə sübut etmiş İntiqam Zairov, Avropa çempionu olmağı haqq etmişdi.

Qələbədə əməyi olan hər kəsə təşəkkür edir, qazanılan uğurun davamının gəlməsini arzulayırıq!

Təcrübəli idmançımız üçün bu karyerasında ən böyük uğurdur. İntiqam indiyə qədər bir çox beynəlxalq turnirlərdə – dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında iştirak etsə də, medalı yalnız bir dəfə – 2009-cu ildə Buxarestdə keçirilən Avropa çempionatında qazanmışdı. Həmin vaxt 85 kq çəki dərəcəsində çıxış edən Zairov gümüş medala sahib çıxmışdı. Tiranadakı qələbə idmançımız üçün karyerasının zirvəsi oldu.

Cəmi bir həftədən sonra 28 yaşını qeyd edəcək atletimiz, bu qızıl medalla özünə möhtəşəm ad günü hədiyyəsi etdi.

Milli komandamız isə Avropa çempionatını 2 qızıl, 2 gümüş və 1 bürünc medalla bitirdi. Bu, ötənilki uğurun təkrarı deməkdir. Türkiyənin Antalya şəhərində keçirilən 2012-ci il Avropa çempionatında Azərbaycan yığması 3 qızıl və 2 bürünc medal qazanmışdı.

Hazırda ümumi sıralamada yalnız Rusiya yığmasından geri qalırıq. Yarışlar aprelin 14-də başa çatacaq və milli komandamızın yekun mövqeyi müəyyənləşəcəkdir.

intiqam 94 neticeintiqam zairov

Birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirən İntiqam Zairov elə startdaca bütün rəqiblərini susdurdu. Əvvəlcə 173, sonra 177, son yanaşmasında isə 180 kq-ı ram edən atletimiz, şəksiz liderliyi ələ keçirdi. Onun ən yaxın izləyicisi – Rinat Kireyevi birdən-birə 7 kq qabaqlaması fantastik nəticə idi. Üstəlik, şəxsi çəkisi rəqibindən az olan İntiqam, rus atleti lap pis vəziyyətdə qoymuşdu. Çünki Kireyev qızıl medal qazanmaq üçün Zairovun nəticəsindən ən azı 8 kq artıq çəkini ram etməli idi. Bu isə demək olar ki, mümkün deyil.

Təkanla qaldırma hərəkəti də idmançımız üçün uğurlu keçdi. O, ilk olaraq 210 kq-ın öhdəsindən gələrək, əsas rəqibini düz 9 kq qabaqladı. İkinci yanaşmada 215, daha sonra isə 216 kq-ı qaldıran Zairov təkanla qaldırmada da qızıl medal qazandı.

Beləliklə, İntiqam Zairov toplamda 396 kq (180 kq + 216 kq) nəticə göstərək Avropa çempionu adını qazandı. Təbrik edirik!

Ötən il Antalyadakı Avropa çempionatında bəxtsizlik yaşayan atletimiz, bunun əvəzini artıqlaması ilə çıxa bildi. Əzmkar, döyüşkən xasiyyətini dəfələrlə sübut etmiş İntiqam Zairov, Avropa çempionu olmağı haqq etmişdi.

Qələbədə əməyi olan hər kəsə təşəkkür edir, qazanılan uğurun davamının gəlməsini arzulayırıq!

Təcrübəli idmançımız üçün bu karyerasında ən böyük uğurdur. İntiqam indiyə qədər bir çox beynəlxalq turnirlərdə – dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında iştirak etsə də, medalı yalnız bir dəfə – 2009-cu ildə Buxarestdə keçirilən Avropa çempionatında qazanmışdı. Həmin vaxt 85 kq çəki dərəcəsində çıxış edən Zairov gümüş medala sahib çıxmışdı. Tiranadakı qələbə idmançımız üçün karyerasının zirvəsi oldu.

Cəmi bir həftədən sonra 28 yaşını qeyd edəcək atletimiz, bu qızıl medalla özünə möhtəşəm ad günü hədiyyəsi etdi.

Milli komandamız isə Avropa çempionatını 2 qızıl, 2 gümüş və 1 bürünc medalla bitirdi. Bu, ötənilki uğurun təkrarı deməkdir. Türkiyənin Antalya şəhərində keçirilən 2012-ci il Avropa çempionatında Azərbaycan yığması 3 qızıl və 2 bürünc medal qazanmışdı.

Hazırda ümumi sıralamada yalnız Rusiya yığmasından geri qalırıq. Yarışlar aprelin 14-də başa çatacaq və milli komandamızın yekun mövqeyi müəyyənləşəcəkdir.

intiqam 94 netice

Paylaş
Şərh yaz