İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan 3-cü İslam Oyunlarında ağır atletlərimizin çıxışıları başa çatıb. Milli komandamızın üzvlərindən son olaraq Rövşən Fətullayev körpücük üzərinə çıxıb. O, 105 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 158 kq, təkanla qaldırma hərəkətində isə 200 kq-lıq çəkini ram edib.
Toplamda 358 kq (158 kq + 200 kq) nəticə göstərən Rövşən Fətullayev 4-cü yeri tutub.