Kamran İsmayılov Avropa çempionatında çıxış etdi

Estoniyanın Tallin şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa Birinciliyi davam edir. Bu gün Azərbaycan yığmasının daha bir üzvü körpücük üzərinə çıxdı. 20 yaşa qədər oğlanlar arasında 85 kq çəki dərəcəsində ölkəmizi Kamran İsmayılov təmsil etdi.

Gənc atletimiz birdən qaldırma hərəkətində birinci yanaşmasında 141 kq-ı ram edib. Sonra sifariş verdiyi 144 kq-ı yalnız iki cəhddə qaldıran Kamran, bu hərəkətdə 7-ci yeri tutub.

Təkanla qaldırma hərəkəti isə İsmayılov üçün uğursuz alınıb. O, 171 kq-lıq ştanqa üç yanaşmanın üçündə də güc gələ bilməyən Kamran, Avropa çempionatını nəticəsiz başa vurub.

 

Paylaş
Şərh yaz