Kişilər və qadınlar arasında ağır atletika üzrə 2013-cü il Azərbaycan Kuboku başa çatdı. Böyük marağa səbəb olan və ölkənin bütün bölgələrini təmsil edən idmançıların qatıldığı turnir, Ağır Atletika Akademiyasının yarış zalında keçirildi. Müxtəlif yaş qruplarında yarışan yeniyetmə, gənc və daha yaşlı kişilər və qadınlar Kubok uğrunda mübarizə apardılar.
Atletlər arasında sonuncu olaraq körpücük üzərinə kişilər çıxdı. Hər kiloqramın böyük əhəmiyyət daşıdığına məhz bu qrupda şahidlik etdik. Gənclərlə təcrübəlilərin sona qədər mübarizəsini izləməyə dəyərdi. İş o yerə çatdı ki, mütləq liderliyini sübut etmək üçün Firudin Quliyev təkanla qaldırma hərəkətində 190 kq-ı ram etməli oldu. Bu isə gənclər arasında Avropa rekordunu üstələyən bir rəqəmdi. Kazan Universiadasının son qalibi olan Quliyev, bu çəkinin öhdəsindən gələ bildi. Təbii ki, çəki beynəlxalq yarışlarda qaldırılanda rəsmən qeydə alınır. Ancaq bunun Azərbaycan Kubokunda edilməsi, gələcəyə böyük ümidlə baxmaq imkanı verir. Möhtəşəm nəticədir. Firudin Quliyevi təbrik edirik və ümid edirik ki, uğurlarının davamı daha böyük turnirlərdə gələcək.
Sonrakı yerləri tutan idmançıları da fərqləndirmək lazımdı. 2-6-cı yerlərdə qərarlaşan atletlər əsl ağır atlet xarakteri nümayiş etdirməyi bacardılar. Onların hər birini bu münasibətlə təbrik edirik.
Uğurlar olsun!
Yarışın təşkilində əməyi olan hər kəsə – məşqçilər, texniki işçilər, hakimlər, rəhbər şəxslər və başqalarına çəkdikləri əziyyətə görə təşəkkür edir, hər birinizə çox sağ ol deyirik.
N | Ad |
Çəkisi |
Klub/Şəhər |
Birdən |
Təkanla |
Toplam |
Sinkleyr |
|
1. | Quliyev Firudin |
70.60 |
|
132 |
190 |
322 |
424.8 |
|
2 | Bayramov Əfqan |
72.50 |
143 |
180 |
323 |
419.4 |
||
3 | Dudoqlo Yuri |
64.70 |
132 |
165 |
297 |
414.5 |
||
4 | Süleymanov Zülfüqar |
63.40 |
126 |
163 |
289 |
409.0 |
||
5 | Fətullayev Rövşən |
95.80 |
160 |
200 |
360 |
406.4 |
||
6 | Əliquluzadə Orxan |
85.40 |
150 |
187 |
337 |
400.5 |
||
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action