Rusiyanın Kazan şəhərində keçirilən 27-ci Yay Universiadası davam edir. Dünən 53 kq çəki dərəcəsində 5-vi olan Yuliya Derkaçdan sonra, ağır atletika yığmamızın üzvlərindən daha biri – Kristina Yovu bu gün yarışa qoşulub. 58 kq çəki dərəcəsində mübarizə aparan atletimiz medallara ən real namizədlərdəndir.
İdmançımızın yarışdakı çıxışının nəticələrini operativ şəkildə sizə çatdıracağıq.
Rusiyanın Kazan şəhərində keçirilən 27-ci Yay Universiadası davam edir. Dünən 53 kq çəki dərəcəsində 5-ci olan Yuliya Derkaçdan sonra, ağır atletika yığmamızın üzvlərindən daha biri – Kristina Yovu bu gün yarışa qoşulub. 58 kq çəki dərəcəsində mübarizə aparan atletimiz medallara ən real namizədlərdən idi.
İdmançımız birdən qaldırma hərəkətinə 100 kq-la başlayıb. İlk yanaşması uğurlu olan Kristina, sonrakı cəhddə 105 kq sifariş verib. Ancaq nə bu, nə də sonra yanaşdığı 106 kq-ı qaldıra bilməyib. Buna baxmayaraq, altetimiz birdən qaldırma hərəkətində 3-cü yeri tutub.
Təkanla qaldırma hərəkətində Yovu daha möhtəşəm çıxış edib. O, hər üç yanaşmanı uğurla yetirib. Ardıcıl 120, 124 və 126 kq-lıq ştanqları başı üzərinə qaldıran idmançımız, bu hərəkətdə 2-ci yeri tutub.
Toplamda 226 kq (100 kq + 126 kq) nəticə göstərən Kristina Yovu ümumi sıralamada da 2-ci yerə çıxıb. Milli komandamızın heyətində debüt yarışında gümüş medal qazanan atletimizi təbrik edirik. Ona gələcək yarışlarda da uğurlar, daha böyük nailiyyətlər əldə etməyi arzulayırıq!