Ağır atletika üzrə 2013-cü il Azərbaycan Kuboku davam edir. Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda müxtəlif yaş qruplarında qadınların çıxışından sonra, növbə oğlanlara çatıb.
İlk olaraq yaşı 15-ə qədər olan (1998-2000-ci il təvəllüdlü) yeniyetmə oğlanlar mübarizəyə qoşulublar. Kuboka maraq böyük olduğundan idmançı sayı gözlənildiyindən çoxdur. Bu səbəbdən də bu yaş qrupu üzrə qalibləri müəyyənləşdirmək üçün 4 axın yarışa ehtiyac duyulacaq. Əvvəlcə 2000-2001-ci il doğumlu oğlanların B qrupu, daha sonra eyni yaşda A qrupu, sonra 1999-cu il təvəllüdlü, sonda isə 1998-ci il təvəllüdlü yeniyetmə ağır atletlər qüvvələrini sınayacaqlar. Qaliblər məhz bu 4 axın bitdikdən sonra, “Sinkleyr” cədvəli üzrə müəyyənləşəcək.
Uzun vaxt çəkən yarışın ilk gününün qalibi artıq məlumdur. Bu, İmanzadə Rüstəmdir. Nəticələrlə aşağıda tanış ola bilərsiniz:
N | Ad |
Çəkisi |
Klub/Şəhər |
Birdən |
Təkanla |
Toplam |
Sinkleyr |
|
1 | İmanzadə Rüstəm |
61.50 |
108 |
125 |
233 |
331.66 |
||
2 | Əliquluyev Kənan |
68.50 |
111 |
130 |
241 |
324.00 |
||
3 | Rzazadə Ruslan |
51.30 |
80 |
100 |
180 |
299.20 |
||
4 | Rüstəmov İsa |
48.70 |
73 |
87 |
160 |
278.00 |
||
5 | İsmayılov Hüseyn |
72.50 |
95 |
118 |
213 |
276.50 |
||
6 | Bağırov Fərid |
57.10 |
85 |
95 |
180 |
274.80 |
||