Limasol şəhərində Dünya çempionatı başa çatmışdır

29 oktyabr -05 noyabr 2011-ci il tarixində Cənubi Kipr Respublikasının Limasol şəhərində Ağır Atletika üzrə  Ustalar arasında 27-ci kişilər ,18-ci qadınlar arasında 42 dövlətin 450-dən cox usta atletlərinin iştirakı ilə keçirilən Dünya çempionatı sona çatmışdır.

Bu çempionatda Milli yığma komandanın 4 usta ağır atleti iştirak etmişdir.
Bunlardan,
Akif Alıyev 50-54 yaş qrupu üzrə 56 kq çəki dərəcəsində (75 kq +90 kq) ümumi 165 kq nəticə ilə I yerə , Aftandil Hümbətov 35-39 yaş qrupu üzrə 69 kq çəki dərəcəsində (100 kq + 127 kq) ümumi 227 kq nəticə ilə II yerə , Ağakərim Kərimov 35-39 yaş qrupu üzrə +105 kq çəki dərəcəsində (135 kq +160 kq) ümumi 295 kq nəticə ilə III yerə Natiq Ağayev 45-49 yaş qrupu üzrə 105 kq çəki dərəcəsində (100 kq +115 kq) ümumi 225 kq nəticə ilə VII yerə layiq görülmüşdürlər.
Bir məlumatı da bildirmək istəyirik ki 20-ci qadınlar,22- ci kişilər arasında Avropa çempionatı 2012-ci ilin 29 may-05 iyun tarixində Lənkəran şəhərində keçiriləcəkdir.
Azərbaycan Respublikası Veteran Ağır Atletlər İctimai Birliyinin mətbuat xidməti

 

Paylaş
Şərh yaz