Gənclərimiz dünya çempionatındakı çıxışlarını başa vurdular

Malaziyanın  Penang  şəhərində keçirilən gənclərin dünya  çempionatında atletlərimiz çıxışlarını  başa vurmuşlar 85 kq çəki  dərəcəsində çıxış edən yeniyetmələr arasında Avropa çempionu Nailxan Nəbiyev  birdən qaldırma hərəkətində 152  kq nəticə göstərərək VI yerə çıxmışdır.  Təkanla qaldırma hərəkətində 190 kq çəkini  qaldırarkən idmançımız zədələnmiş  və  digər yanaşmalardan  imtina etmişdir.

94 kq çəki dərəcəsində çıxış edən Orxan Əliquluzadə  313  kq (140 kq +  173 kq) nəticə göstərərək b qrupunda IV yerə çıxmışdır.

Paylaş
Şərh yaz