Aprelin 9-16-sı tarixlərində Türkiyənin Antalya şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatı keçiriləcək. Yarışlarda millimiz 4 kişi və 4 qadın idmançıdan ibarət heyətlə təmsil olunacaq.
Bu Avropa çempionatı kişilərlə müqayisədə qadın atletlər üçün xüsusi əhəmiyyət daşıyacaq. Belə ki, yarış onlar üçün London-2012-yə lisenziya xarakteri daşıyır. Qitə birinciliyində uğurla çıxış edəcəkləri halda, Azərbaycan qadın atletlərinin bir Olimpiya lisenziyası qazanmaq imkanı olacaq.
Qadınların yarışında körpücük üzərinə Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq), Alyona Kiriyenko (69 kq) və Yuliya Dovqal (+75) çıxacaq. Kişi idmançıların yarışında isə Valentin Xristov (56 kq), Əfqan Bayramov (69 kq), Namiq Cəlilov (85 kq) və İntiqam Zairov (94 kq) qüvvələrini sınayacaqlar.
Məşqçilər Nizami Paşayev, Zlatan Vasilyev və Maxsum Xasanovdur.
Avropa çempionatında Azərbaycanı hakim kimi Vahid Nəzərov təmsil edəcək.