Mirhüseyn Hüseynov B qrupunda birinci yeri tutdu

Rumıniyanın paytaxtı Buxarest şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Bu gün idmançılarımız bu turnirdəki çıxışlarına yekun vurublar. 85 kq-da Xırdalan “Zirvə” İdman Klubunun yetirməsi olan Mirhüseyn Hüseynov B qrupunda yarışlara qatılıb. Həm birdən, həm də təkanla qaldırmada rəqiblərinin hamısından daha ağır çəkini başı üzərinə qaldıran idmançımız ümumi nəticədə də birinci yeri tutub. Mirhüseyn birdən qaldırmada əvvəlcə 125 kq, daha sonra isə 130 kq-ın öhdəsindən gəlib. 133 kq-ı başı üzərinə qaldıra bilməsə də, Mirhüseynov birdən qaldırmada birinci olub. Təkanla qaldırmada da ilk iki cəhdi uğurlu alınıb – 152 kq və 165 kq. Sonuncu cəhdində 168 kq sifariş verən idmançımız ştanqı qaldıra bilməsə də, bu hərəkətdə birinci yeri tutub. Toplamda 295 kq (130 kq+165 kq) nəticə göstərən Mirhüseyn Hüseynov B qrupunda ümumi hesabda birinci yerə sahib çıxıb və öz şəxsi nəticəsini xeyli yaxşılaşdırıb. Qeyd edək ki, Mirhüseyn Hüseynovun şəxsi məşqçisi Ağakərim Kərimovdu.

Paylaş
Şərh yaz