Parisdə ağır atletika üzrə kişilər arasında 79-cu, qadınlar arasında 22-ci dünya çempionatı davam edir. 5-13 noyabr tarixlərində keçiriləcək mötəbər turnirində bu gün milli komandamızın daha iki üzvü körpücük üzərinə çıxdılar. 85 kq çəki dərəcəsində Namiq Cəmilov və Nailxan Nəbiyev “B” qrupunda qüvvələriniu sınadılar.
İdmançılarımız uğurlu çıxış edə bilməyiblər. Gənc Nailxan Nəbiyev birdən qaldırma hərəkətində 153 kq, təkanla qaldırmada isə 186 kq nəticə göstərib. O, toplamda 339 kq-la həm birdən, həm təkanla qaldırma, həm də yekunda 13-cü yeri tutub.
Təcrübəli atletimiz Namiq Cəmilov nisbətən uğurlu çıxış edib. Əvvəlcə birdən qaldırmada 157 kq-al 9-cu yeri tutan idmançımız, təkanla qaldırmada 192 kq-ı başı üzərinə qaldıraraq 6-cı olub. Toplamda 349 kq Namiqə yekunda 8-ci yeri tutmağa imkan verib.
85 kq çəki dərəcəsi, B qrupu
Nailxan Nəbiyev
Birdən qaldırma – 153 kq
Bu hərəkətdə tutduğu yer – 13
1. 148 kq – cəhd uğurlu oldu
2. 153 kq – cəhd uğurlu oldu
3. 156 kq – cəhd uğursuz oldu
Təkanla qaldırma – 186 kq
Bu hərəkətdə tutduğu yer – 13
1. 186 kq – cəhd uğursuz oldu
2. 186 kq – cəhd uğurlu oldu
3. 191 kq – cəhd uğursuz oldu
Toplam göstəricisi – 339 kq (153 kq + 186 kq)
Yekunda tutduğu yer – 13
*
85 kq çəki dərəcəsi, B qrupu
Namiq Cəmilov
Birdən qaldırma – 157 kq
Bu hərəkətdə tutduğu yer – 9
1. 157 kq – cəhd uğurlu oldu
2. 160 kq – cəhd uğursuz oldu
3. 160 kq – cəhd uğursuz oldu
Təkanla qaldırma – 192 kq
Bu hərəkətdə tutduğu yer – 6
1. 187 kq – cəhd uğurlu oldu
2. 192 kq – cəhd uğurlu oldu
3. 196 kq – cəhd uğursuz oldu
Toplam göstəricisi – 349 kq (157 kq + 192 kq)
Yekunda tutduğu yer – 8