Türkiyənin Antalya şəhərində Ağır Atletika üzrə Avropa çempionatı davam edir. Milli komandamızın böyük uğurlarla müşayiət olunan çıxışı ilə yanaşı təəssüfedici bir məqam da yaşanıb. Yığmamızın bir üzvü – Namiq Cəmilov zədələnib. 85 kq çəki dərəcəsində mübarizə aparmalı olan atletimiz məşqdə belindən zədələnib. Tibbi müayinədən sonra onun AÇ-də çıxış etməyəcəyi məlum olub.