Nizami Paşayev milli komandamızın baş məşqçisi təyin edildi

Gözlənildiyi kimi, ağır atletika üzrə milli komandamızın yeni baş məşqçisinin adı müəyyənləşib. Azərbaycan Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərara əsasən, tanınmış idmançımız, bu günə qədər Azərbaycanın yeniyetmə ağırlıqqaldıranlardan ibarət yığma komandasının baş məşqçisi vəzifəsini icra edən Nizami Paşayev əsas komandanın baş məşqçisi təyin edilmişdir. O, London Olimpiadasının sonuna qədər bu postda qalacaqdır.

Qeyd edək ki, yeni baş məşqçinin adı 2012-ci ilin yanvarında məlum olmalı idi. Ancaq milli komandanın bu vaxt keçiriləcək İslam Oyunlarında iştirak etməsi nəzərdə tutulduğundan İcraiyyə Komitəsi vaxtından əvvəl toplanaraq qərarını açıqlamışdır.

Bununla yanaşı, milli komandamızın şərəfini qoruyan bolqar atletlərin baş məşqçisi vəzifəsinin icrası isə Zlatan Vanevə həvalə edilmişdir.

Paylaş
Şərh yaz