Olimpiya yığmamızın təqdimatı: Valentin Xristov

Bu gündən etibarən Londonda keçiriləcək 30-cü Yay Olimpiya Oyunlarında iştirak edəcək Ağır Atletika yığmamızın üzvlərini sizə təqdim edəcəyik. Biz atletlərimizə inanır, onlara bu mötəbər yarışda uğurlu nəticələr qazanmağı arzulayırıq.

Əvvəlcə, kişi komandamızdan başlayırıq və ən aşağı çəkidəki Valentin Xristov haqda məlumatları sizə təqim edirik:

Adı: Valentin Snejen Xristov

Doğulduğu tarix : 30.03.1994

Doğulduğu yer: Şumen şəhəri, Bolqarıstan

Şəxsi məşqçisi:  Zlatan Vanev

Çıxış etdiyi çəki dərəcəsi: 56 kq

Olimpiya Oyunlarına sifariş verdiyi toplam start çəki: 290 kq

Əsas rəqibləri: Le Qok Toan (Vyetnam), Arli Şontey (Qazaxıstan), Vu Jinbao (Çin)

Nailiyyətləri: 2011-ci il Azərbaycan çempionu, 2011-ci il dünya çempionatının bürünc medalçısı (Paris, Fransa), 2012-ci il Avropa çempionatının qalibi (Antalya, Türkiyə), Gənclər arasında Avropa, Yeniyetmələr arasında dünya rekordçusu.

Olimpiada haqqında: “Bilirəm ki, medal qazanacağam. Fiziki cəhətdən buna hazıram. Psixoloji durumum da qaydasındadır. Şəraitimiz çox yaxşıdır. Bolqarıstanda olan şəraitlə Azərbaycanda bizim üçün yaradılan şərait arasında fərq çox böyükdür. Deyə bilərəm ki, bu atletlərin fiziki və psixoloji hazırlığına da çox müsbət təsir edir. Çünki idmançı üçün yarışlara hansı şəraitdə hazırlaşması çox vacibdir. Məşqlərimiz yüksək səviyyədə gedir. Ümidim medaladır. İnşallah, hər şey düşündüyümüz kimi olacaq. Çünki mən medal uğrunda mübarizə aparmağa hazıram. Parisdəki dünya çempionatına da bu inamla yola düşmüşdüm”.

http://www.youtube.com/watch?v=IkwEl1BG2wM

Paylaş
Şərh yaz