Peruda keçirilən dünya birinciliyi başa çatıb

Perunun Lima şəhərində keçirilən yeniyetmələr arasında dünya birinciliyi başa çatmışdır. Yığma komandamız bu yarışda 3 idmançı ilətəmsil olunmuşdur. Hər üç ağırlıqqaldıranımız ilk dəfə idi ki, beynəlxalq yarışlarda iştirak edirdilər.

50 kq çəki dərəcəsində yığmamlzl  Bakı Təhsil İdman mərkəzinin yetirməsi Allahyar Abışov təmsil etmişdir. Məşqçi Soltan Kərimovun yetirməsi bu yarışda 174 kq (78+96) nəticə göstərərək IX yerə çıxa bilmişdir. Yeniyetmə atletimiz son  Respublika birinciliyində  göstərdiyi   nəticəni xeyli yaxşəlaşdırmışdır.

69 kq çəki dərəcəsində isə komandiri Bakı Təhsil İdman mərkəzinin yetirməsi Tofiq Allah­verdiyev təmsil etmişdir. Tofiq 241 kq (106+135) nəticə ilə 21 atlet arasında XI yerə çıxmışdır.

85 kq çəki dərəcəsində çıxış son idmançımız Mirhüseyn Hüseynov medala çox yaxın olsa da V yerlə kifayətlənməli olmuşdur. Xırdalan şəhəri Zirvə İdman Klubunun yetirməsi 281 kq (127+154) nəticə göstərmişdir.

Paylaş
Şərh yaz