Kristina Yovu dünya ikincisi oldu!

 

Oktyabrın 16-28-i arasında Polşanın Vrotslav şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Dünya Çempionatı start götürüb. Artıq bu gün Azərbaycan milli komandasının bir üzvü körpücük üzərinə çıxıb. Qadınların yarışında Kristina Yovu qüvvəsini sınayıb və böyük uğur qazanıb. O, 53 kq çəki dərəcəsində çıxış edərək gümüş medala sahib çıxıb.

Təmsilçimiz birdən qaldırma hərəkətində əvvəlcə 93, daha sonra 96, ən sonda isə 100 kq-lıq ştanqın hdəsindən gəlib və bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb. Çinli Li Yayun da eyni çəkini qaldırsa da, şəxsi çəkisi Kristinadan az olduğundan qızıl medal əldə edib.

Təkanla qaldırma hərəkətində atletimiz əvvəlcə 113 kq-ı ram etdi. Kristina sonra sifariş verdiyi 120 kq-ı qaldıra bilməsə də, üçüncü cəhdində 121 kq-ın öhdəsindən gəlib. O, təkanla qaldıram hərəkətində də gümüş medal əldə edib.

Toplamda 221 kq (100 kq + 121 kq) nəticə nümayiş etdirən Kristina Yovu dünya çempionatının ümumi sıralamasında 2-ci yeri tutaraq, gümüş medal qazanıb.

Təbrik edirik!

son netice

 

Paylaş
Şərh yaz