27 fevral – 2 mart tarixlərində “Zirvə” İdman Klubunun AAAF Park Yaşayış Kompleksində yerləşən əsas yarış zalında Ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcəkdir. Bu yarış 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunmuşdur.
Qeyd edək ki, bu gün bu əlamətdar tarixin 10 ili tamam olur. 1995-ci il mart ayının 5-də Ulu öndər Heydər Əliyev Bakı idman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur.
5 mart tarixinin ölkəmizdə bədən tərbiyəsi və idman gününü Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamında öz əksini tapmışdır. Bu birincilikdə idmançılar
beynəlxalq qaydalara uyğun çəkilər üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Qızlar Sinkleyr cədvəli üzrə mütləq birincilikdə, 15 yaşa qədər (2000-2001-ci illər təvəllüdlü) oğlanlar 45, 50, 56, 62, 69, 77, 85 və 85 kq, 17 yaşa qədər (1998-1999-cu illər təvəllüdlü) oğlanlar isə 50, 56, 62, 69, 77, 85, 94 və +94
kq çəki dərəcələrində çıxış edəcəklər. Yarışlara artıq start verilib. Nəticələrlə operativ şəkildə sizə məlumat veriləcəkdir. Qızlar (Sinkleyr
cədvəli üzrə mütləq birincilik)
N | İdmançı | Doğulduğu tarix | Şəhər | Çəkisi | Birdən | Təkanla | Toplam | Sinkleyr | ||||
1. | Rzazadə Lalə | 2001 | Lənkəran | 49.60 | 48 | 51 | 60 | 63 | 114 | 181.64 | ||
2. | Məhərrəmzadə Sevər | 2002 | Lənkəran | 47.20 | 43 | 46 | 48 | 50 | 53 | 55 | 103 | 171.36 |
3. | Məmmədova Sona | 1999 | Qazax | 61.70 | 50 | 53 | 56 | 58 | 63 | 95 | 121 | 163.07 |
4. | Hüseynzadə Fidan | 2001 | Lənkəran | 57.00 | 45 | 48 | 60 | 108 | 154.01 | |||
5. | Fərəcova Şəfa | 2001 | Lənkəran | 39.90 | 27 | 31 | 33 | 35 | 68 | 132.85 | ||
6. | Əlizadə Günel | 2000 | Qazax | 66.00 | 25 | – | – | 35 | – | – | 60 | 77.36 |
7. | Əzimova Səbinə | 2000 | Lənkəran | 52.80 | 80 | 85 | 88 | 88 | – |