Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kişilər və qadınlar arasında Avropa çempionatında Azərbaycan milli komandasının möhtəşəm çıxışı davam edir. Aktivində 1 qızıl (Valentin Xristov 62 kq), 1 gümüş (Silviya Angelova 48 kq) və 1 bürünc (Zülfüqar Süleymanov 62 kq) medal olan yığmamız ümumi sıralamada lider idi.
Bu gün isə daha bir atletimiz körpücük üzərinə çıxdı. Sərdar Həsənov 69 kq çəki dərəcəsində qüvvəsini sınadı. Onun qazanacağı istənilən medal, komandamızın liderliyini qorumaq üçün yetərli olacaqdı.
Təcrübəli idmançımız uğur seriyamızı davam etdirərək karyerasında bir ilkə də imza atdı.
Baxmayaraq ki, birdən qaldırma hərəkəti Sərdar üçün uğursuz başladı. İdmançımız birinci sifariş verdiyi çəkini – 145 kq-ı yalnız ikinci yanaşmada ram edə bildi. Üçüncü yanaşmada 150 kq-ı əminliklə başı üzərinə qaldıran Həsənov bu hərəkətdə “kiçik” gümüş medalı təmin etdi. O, ən yaxın izləyicisi albaniyalı Daniel Qodellini 5 kq qabaqladı.
Təkanla qaldırma hərəkəti də Sərdar üçün təxminən eyni cür keçdi. Birinci sifariş evrdiyi 173 kq-ı yalnız ikinci cəhddən qaldıran atletimiz, sonuncu yanaşmasında 176 kq-ı ram etdi. Bu çəki ona bu hərəkətdə 3-cü yeri tutaraq daha bir “kiçik” – bu dəfə bürünc medal qazanmaq imkanı verdi.
Toplamda 326 kq (150 kq + 176 kq) nəticə göstərən atletimiz Avropa çempionatında gümüş medala sahib çıxdı. Bu, həm milli komandamız, həm də idmançının öz adı baxımından böyük uğurdur. Yetərincə təcrübəli olan Sərdar dəfələrlə dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarından iştirak etsə də, hər dəfə bəxt ondan üz döndərirdi. Ancaq bu dəfə bütün əzmini bir yerə toplayan atlet, əla çıxış edərək birdən-birə gümüş medala sahib çıxdı. Əhsən!
Karyerasındakı bu ilk münasibətilə onu təbrik edirik. Əsl döyüşkən xarakter nümayiş etdirən Sərdar Həsənov, çəkdiyi əziyyətə görə bu uğuru haqq etdi.
Uğurlarının davamı gəlsin!