Qvatemalanın Antiqua şəhərində ağır atletika üzrə gənclər arasında dünya birinciliyinə start verilib. Yarışda Azərbaycanı iki ağır atlet təmsil edir. Onlardan biri – Firudin Quliyev sabah səhər saatlarında mübarizəyə qoşulacaq. Buna səbəb Qvatemala ilə Bakı arasında 11 saat fərq olmasıdır. Quliyev yerli vaxtla 18.00-da körpücük üzərinə çıxacaq.
Firudin 69 kq çəki dərəcəsində yarışacaq.